Baş nazir Artur Rasizadə "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan arıçılıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçiriləcək.