"Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək" - Beynəlxalq agentlik
16 fevral 2018 10:41 (UTC +04:00)

"Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək" - Beynəlxalq agentlik

0
“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.
 
 
 
APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
 
 
 
Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33% artıb. “Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.  
 
 
 
Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar