"Stabilliyini qoruyan yeganə valyuta manat olub" - <span style="color:red;">Qərb analitikləri
19 may 2016 15:40 (UTC +04:00)

"Stabilliyini qoruyan yeganə valyuta manat olub" - Qərb analitikləri

0

Mayın 16-18-də inkişaf etməkdə olan ölkələrin valyutaları ticarət əməliyyatlarını "qırmızı zona"da başa çatdırıb.

 

"APA-Economics" xəbər verir ki, buna səbəb ötən gün Federal Ehtiyatlar Sisteminin (FED) sonuncu iclasının protokolunun dərc olunmasıdır. Protokolda qeyd edilib ki, maliyyə bazarlarının iştirakçıları FED-in iyunda faiz dərəcəsinin artırılmasına dırnaqarası baxır.

 

Protokollar dərc olunduqdan sonra inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara qarşı təxminən 1% ucuzlaşdı. Bununla yanaşı, "Brent" markalı neftin qiyməti 1,1% azalaraq 49 dollar səviyyəsindən aşağı düşüb.

 

Qərb analitikləri qeyd edir ki, bütün bunların fonunda stabilliyini qoruyan yeganə valyuta Azərbaycan manatı olub. "Manat FED-in protokollarını inkar edərək 0,41% möhkəmlənib. Baxmayaraq ki, söhbət neft qiymətlərinə birbaşa bağlı olan valyutadan gedir, neft isə ucuzlaşıb. Neftin qiymətinə bağlı olan bütün valyutalar dollara nisbətən ucuzlaşıb. Məsələn, Meksika pesosu 0,76%, Rusiya rublu 0,63%, Braziliya realı 0,6%, Çin yuanı 0,43%, Qazaxıstan təngəsi 0,34% ucuzlaşıb", - deyə analitiklər bildirir.

 

Analitiklər manatın möhkəmlənməsini bu cür izah edir: "Dağlıq Qarabağdakı sabitlik valyuta treyderlərində optimizm yarada bilib. Manatın məzənnəsinə TAP layihəsinin təməlinin qoyulması da ciddi təsir edib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar