Beynəlxalq Enerji Agentliyi (İEA), 2014-cü il üçün qlobal neft tələbi proqnozunu gündəlik 92,8 milyon barelə yüksəldib.
Lent.az-ın məlumatına görə, agentliyin neft bazarına dair yayımladığı hesabata görə, makro-iqtisadi göstəricilərin yaxşılaşması ilə bərabər dünyada neftə tələb keçən illə müqayisədə artmağa başlayıb. Neftə tələb, 2014-ün ilk rübündə gündəlik 91,4 milyon barel təşkil edib. İlin son rübündə isə neftə tələbin sürətli bir yüksəlişlə 94 milyon barelə artacağı gözlənilir. Beləcə IEA, 2014-cü il üçün qlobal neft tələbi proqnozunu gündəlik 1,3 milyon barel artımla 92,8 milyon barelə yüksəldib.
Dünyada neft təklifi də gündəlik əsasda may ayında əvvəlki ayla müqayisədə 530 min barel artımla 92,6 milyon barelə çatıb. Neft təklifinin 440 min bareli OPEC üzvü olmayan ölkələrin payına düşüb. İllik əsasda OPEC-in üzvü olan ölkələrdə istehsalın düşməsinə baxmayaraq OPEC xarici istehsal artımı gündəlik neft təklifinin 1 milyon barel artmasını təmin edib.
OPEC mənbələrindən neft təklifinə ən böyük qatqını Səudiyyə Ərəbistanı edib, Liviyada isə siyasi sabitliksizlik səbəbilə istehsal aşağı düşüb.
Dünya neftayırma zavodlarının xam neft tələbi isə baxım işləri və aşağı gəlirlilik səbəblərilə Apreldə gündəlik 75,9 milyon barelə geriləyib. Dünya miqyasında neftayırma zavodlarının istehsallarının avqustdan etibarən artacağı gözlənilir.
Azərbaycana şad xəbər: dünyada neft tələbatı artacaq
0
0
0
0