(R)AccessBank sahibkarlara güzəştli kreditlər təklif edir
18 noyabr 2015 15:22 (UTC +04:00)

(R)AccessBank sahibkarlara güzəştli kreditlər təklif edir

0

Sahibkarlara Kömək Milli Fondu ilə  əməkdaşlığa başlayan AccessBank manatla və güzəştli faiz dərəcəsi ilə kreditlər təklif edərək mikro, kiçik və orta biznes müəssisələrinə dəstəyi genişləndirəcək.

Mikro və KOB biznesin maliyyələşdirilməsi üzrə yerli bazarın lideri AccessBank güzəştli kreditləri ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsinə yönəldəcək. Bu isə, öz növbəsində iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhvəsini verəcək.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHolding tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar