Unibank daha bir filialını Xaçmazda açdı. Xaçmaz şəhərinin mərkəzində, mərkəzi poçtun
yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial, Xaçmaz və ətraf
rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.
Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin
maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər
üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi,
kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul
xətti təklif olunur.
Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı
ilə baş ofis də daxil olmaqla, Unibankın filial şəbəkəsi 37-yə çatıb. Müştərilərinə bütün həftənixidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikində fəaliyyət göstərir.
Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud
facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı