Ölkəyə qeyri-qanuni idxalın qarşısı alınmalıdır
10 fevral 2015 10:48 (UTC +04:00)

Ölkəyə qeyri-qanuni idxalın qarşısı alınmalıdır

0

Son illər Azərbaycanın vətəndaşları internetin müxtəlif üstünlüklərindən geniş istifadə etməkdədir. İnsan həyatını daha da komfortlu edən və internet vasitəsilə təqdim edilən imkanlardan biri də elektron ticarətdir. Bəzi hesablamalara görə, Azərbaycanda elektron ticarətin illik dövriyyəsi artıq 6-8 milyon manat təşkil edir və göstərici davamlı olaraq artmaqdadır.

Lakin əfsüslar olsun ki, e-ticarətin dövriyyəsinin artımında Azərbaycan şirkətlərinin payı çox aşağıdır. Azərbaycan sakinlərinin internetdə alış-verişindən  qazanan xaricdə fəaliyyət göstərən şirkətlər və ölkəmizdə qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşgul olan bəzi “işbazlar”-dır. Bu dövriyyə artımından nə yerli e-ticarət subyektlərimiz qazanır, nə də dövlət büdcəsinə vergi daxil olur.

Başa düşmək lazımdır ki, elektron ticarət faktiki olaraq ənənəvi ticarətin bir formasıdır və əgər ölkədaxili hər hansı bir mal satılırsa, ona həmin ölkənin qanunvericiliyinə uyğun vergilər tətbiq olunmalıdır. İnternet-magazanın ölkənin hüdudlarından qıraqda olmasına baxmayaraq, onun satdığı mallar həmin ölkəyə daxil olursa, vergi tətbiq edilməlidir. Əks halda hamı öz biznesini azad iqtisadi zonalar olan ölkələrdə qurar və dünyanın müxtəlif ölkələrinə mal ixdal edə bilər. Bunun müqabilində isə heç bir vergi ödəməz.

Məsələn, bu yolla from.ae və bu tipli saytlar Azərbaycanda olan qanun boşluqlarından istifadə edərək öz fəaliyətini qururdular. Belə saytlar ölkədə geniş reklam olunaraq, hətta Azərbaycan dilində və Azərbaycan valyutası ilə malları təqdim edərək özlərinə yüzlərlə istehlakçı qazandı. Potensial olaraq həmin istehlakçılar da Azərbaycana rəsmi olaraq idxal edilmiş və rüsumu ödənilmiş mallardan üz döndərərək, vergisiz, rüsumsuz və ona görə də daha ucuz  BƏƏ ərazisində fəaliyyət göstərən internet-magazalara üz tütdu. Nəticədə adi istehlakçı qiymət fərqinə görə udsa da, həm vergi daxilolması azalan dövlətimiz uduzur, həm də ticarət dövriyyəsi azalan yerli şirkətlərimiz.

Digər qeyri-qanuni yol - xaricdən poçt vasitəsilə idxal qaydalarından sui-istifadə edən bir qrup “işbaz”-ın xarici internet-magazalardan Azərbaycana mal gətizdirərək onun pərakəndə satışı ilə məşgul olmasıdır. Bu “alverçilər” son dövrdə yaman aktivləşərək  ölkəyə poçtla idxal etdikləri mallara nəinki heç bir vergi ödəmir, hətta yerli magazaların da nəzərəçarpacaq dərəcədə dövriyyəsini aşağı salmışdır. Vergi ödəmədiyinə görə malları daha ucuz olan bu “alverçilər” Azərbaycanın iqtisadiyyatına artıq külli-miqdarda ziyan vurmuşdur. Çünki bu alverçilərin idxal etdiyi mallar üzrə heç bir vergi ödənmir. Bununla yanaşı ölkəyə rəsmi ölkəyə idxal edilən malların satışının həcminin aşağı düşdüyü üçün yerli ticarət obyektləri də daha az vergi ödəməyə məcbur olmuşlar.

 

Yerli e-ticarətin liderlərindən biri olan Shopera.az-ın yaradıcısı Rəşad Camalın sözlərinə görə, “Azərbaycandakı «işbazlar» xaricdə fəaliyyət göstərən saytlardan dostlarının və qohumlarının adına alış edib onu balaca şirkətlərə və ya özlərinin tapdığı müştərilərə satmağla məşğul idilər. Bu da  nəinki Azərbaycanda, dünyanın hər bir yerində yolverilməz hadisədir. Bunun adı qaçaqmalçılıqdır. Elektron Ticarət qaçaqmalçılıq deyil!
Son baş verən ajiotaj da bundan irəli gəlir. Amerika artıq kəşf edilib və onu yenidən kəşf etmək lazım deyil. Dünya bu probləmlərlə illər öncə qarşılaşıb və həllini tapıb. eTicarətlə məşğul olan dələduzların qarşısı alınmalıdır, eTicarətin yox!”.

Bu qanunsuzluqlarların qarısını almaq üçün xaricdən poçtla rüsumsuz idxal olunan malların dəyərinin 1000 dollardan 150 manatadək endirilməsi məsələsi hazırda müzakirə obyektidir. Qeyri-rəsmi ticarətin qarşısını almaq və bu istiqamətdə tənzimlənməni Avropa İttifaqında tətbiq edilən prosdurlara uyğunlaşdırmaq məqsədilə atılması nəzərdə tutulan bu addımın ölkənın maraqları üçün müxtəlif üstünlükləri vardır.

Nəzərə almaq lazımdır ki, poçtla rüsumsuz idxal həddinin 150 manatadək endirilməsi əhalinin böyük bir hissəsinə təmamilə təsir etməyəcəkdir. Təcrübə göstərir ki, orta hesabla xaricdən aylıq alınan geyim və aksesuarların ümumi dəyəri 80-120 manat olur və istənilən halda rüsumsuz həddi aşmır. Xaricdən gətirilən malların loqistikası daha da inkişaf edərsə bu proses təmamilə vətəndaşlarımız üçün komfortlu olacaqdır. 

Qeyd etmək lazımdır ki, Avropa İttifaqında xarici ölkədən idxal olunan mallara görə rüsum ödənilməsi həmin ölkələrin daxilində ticarətin tənzimlənməsinə şərait yaradır. Başqa sözlə, əgər ABŞ-ın internet-magazasından fransalı ya ingilis mal almışsa, o, qaydalarda nəzərdə tutulmuş formada vergi ödəməlidir. Azərbaycan da bu yolu getməlidir və ölkəmizdə internet biznesin ən böyük qollarından  biri olan elektron ticarət beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etməlidir.

Ölkəmizin müxtəlif istiqamətlərində beynəlxalq təcrübəyə uyğun qanunvericilik tətbiq olunmuşdur. Elektron ticarət bizim üçün yeni bir sahə olduğu üçün bu istiqamətdə tənzimlənmə prosesi hələ təkmilləşməkdədir. Əminik ki, tənzimlənmə həm yerli biznesin inkişafına, həm də əhaliyə daha yüksək səviyyədə xidmətlərin göstərilməsinə dəstək olacaqdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar