Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir.
Müsabiqənin şərtlərinə görə, 13 yanvar 2015-ci il tarixinədək iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməlidirlər.
Müsabiqə zamanı çəkilən ən kreativ və maraqlı 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdiriləcək və “like”lar vasitəsilə səsvermə keçiriləcək. 26 yanvar 2015-ci ildə yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq. Digər 7 iştirakçıya isə Expressbank adından korporativ hədiyyələr veriləcək.
Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 120-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.