<span style="color:red;">(R)   Yapı Kredi Bank Azərbaycan bankomatlarının yenilənmiş və zənginləşdirilmiş xidmət menyusu istifadənizdədir
24 iyun 2014 11:00 (UTC +04:00)

(R) Yapı Kredi Bank Azərbaycan bankomatlarının yenilənmiş və zənginləşdirilmiş xidmət menyusu istifadənizdədir

0

 

Hər zaman müştərilərin rahatlığını düşünən Yapı Kredi Bank Azərbaycan xidmət səviyyəsini daha da artırmaq məqsədilə bankomatların xidmət menyusunu zənginləşdirmişdir.

 

Artıq  müştərilər banka getmədən, 7/24  çoxsaylı maliyyə əməliyyatlarını yerinə yetirə biləcək, hesablarına nəzarət etmək imkanı əldə edəcəklər. Yapı Kredi Bank Azərbaycan bankomatları olduqca geniş və istifadəsi asan olan menyuya malikdirlər.

 

Yenilənmiş menyu  aşağıdakı kimidir:

 

Ø       Worldcard menyusu:

 

-          Hissə - Hissə Nağd Avans: 2 aydan 12 aya qədər seçim edərək hissəli nağd avansın alınması

-          Worldcard  Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi

-          Cari Hesablarım:Worldcard – ınızı bankomata daxil etməklə bankımızda olan cari hesablarınızın balansına baxılması və cari hesablardan pul çəkilməsi.

Qeyd:Worldcard vasitəsilə cari hesablarda əməliyyat aparılması xidmətini aktiv etmək üçün *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

-          Hesab bildirişi: Hesab faktura dövrü boyunca həyata keçirilən bütün əməliyyatların siyahısının çap edilməsi və yaxud bankomatın ekranından izlənilməsi

-          Nağd Avans: Worldcard limitindən nağd avansın çəkilməsi

-          Limit - Balans: Worlcard – ınızın limitinə nəzarət edilməsi

-          Digər Xidmətlər: Kartın pin kodunun dəyişdirilməsi və yüklənməsi

 

Ø       Pulkart menyusu:

 

-          Təcili Nağd – 20 AZN:  Bu düyməni seçməklə dərhal 20 AZN məbləğin Pulkartın balansından çəkilməsi

-          Worldcard  Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi

-          Pul Köçürmələri:  Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə bankdaxili hesablara  pul köçürülməsi

-          Nağd Çıxarma: Pulkart balansından nağd pulun  çəkilməsi

-          Balans: Pulkart balansına nəzarət edilməsi

-          Digər Xidmətlər: Kartınız pin kodunun dəyişdirilməsi və yüklənməsi

 

 

Bankomatlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar