(R) “DəmirBank”ın “Yığım” əmanəti ilə gələcəyinizi təmin edin
11 iyun 2014 12:40 (UTC +04:00)

(R) “DəmirBank”ın “Yığım” əmanəti ilə gələcəyinizi təmin edin

“DəmirBank” əmanət çeşidi sırasını genişləndirərək, yeni “Yığım” əmanətini müştərilərə təqdim edib. İstənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər.

 

Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.

 

“Yığım” əmanəti bir sıra üstünlüklərə malikdir: istənilən  zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, 3-cü şəxsin adına da açıla bilməsi və s.

 

Əmanət məbləği 10000 manat və ya ABŞ dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

 

“Əmanət çeşidi” proqramı üzrə “DəmirBank” hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”. “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

 

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar