(R) Expressbank pulsuz bank kartları təklif edir
08 yanvar 2016 10:58 (UTC +04:00)

(R) Expressbank pulsuz bank kartları təklif edir

0

 

 

Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.

 

Visa Platinum / MasterCard Platinum üçün 800 AZN ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 premium kart üçün SMS məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

 

Bundan başqa müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standard kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 AZN-dir.

 

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

 

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar