Bugünün ən gəlirli biznesi olan internet vasitəsilə qlobal maliyyə bazarında qızılın qiyməti ilə ticarət edin. Əvvələr ancaq banklar və zəngin insanlar maliyyə bazarında ticarət edib gəlir götürə bilirdilər, indi isə bu fürsət hər kəs üçün əl çatandır.
50 dollar götürün və qızılın qiyməti təkcə qalxarkən deyil həm də düşərkən gəlir götürün.
2001 və 2012-ci illər arasında böyük mərkəzi bankların aqressiv genişləndirici pul siyasəti nəticəsində qızılın qiyməti 600%-dən daha çox yüksələrək bir unsiyası 1900 dollara çatmışdı. Belə ki, mərkəzi bankların faiz dərəcəsini aşağı salması nəticəsində valyutalar kəskin dəyər itirdi və nəticədə daha təhlükəsiz vasitə kimi qızıla olan tələb artdı.
ABŞ iqtisadiyyatının güclənməsi ilə dollar yüksəlməyə başladı və nəticədə qızılın qiyməti 2012-ci ildən bəri 45% aşağı düşdü.
Lakin bu ilin ortasından qızılda olan düşüş dayandı və nisbətən yüksəldi. Bunun əsas səbəbi isə Amerikada Federal Ehtiyatların İyun ayında faiz dərəcəsini qaldırmaması oldu və bu da faiz dərəcəsinin gələn ilə təxirə salına biləcəyinə dair ehtimalları artırdı. Qızılın qiymətinə təsir edən əsas amillər sırasında ABŞ-da Federal Ehtiyatların pul siyasəti ilə yanaşı tələb və təklif də var. Belə ki, Çin və Hindistan dünyada ən böyük qızıl alıcılarıdır.
Avqust ayında Hindistan 4.95 milyard dollarlıq qızıl idxal edib və bu da qiymətli metala olan tələbin 140% qalxmasına səbəb oldu. Çin isə bu ilin İyul ayında 55.06 ton təkcə Honq Koqdan qızıl idxal edib. İyun ayında isə 37.14 ton qızıl idxal etmişdi və bu dövür ərzində qızıl idxalında aylıq 48% artım olmuşdu. Dünya Qızıl Komissyasına əsasən bu il ərzində Çində qızıla olan tələb 1000 tona çatıb. Çin dünyada ən böyük qızıl istehsal edən ölkədir eyni zamdan ən böyük ikinci qızıl idxal edən ölkədir. Çin iqtisadiyyatının geriləməsi qızılın qiymətinə neqativ təsir edir. Digər bir çox faktorlar da qızılın qiymətində düşüş olacağını göstərir. Lakin bir sıra mərkəzi bankların xüsusilə Çinin Milli Bankının, Avropa Mərkəzi Bankının genişləndirici pul siyasəti yeritməsi qızılın qiymətinə müsbət təsir edir. Xüsusilə növbəti ay qızılın qiyməti baxımından çox önəmlidir. Federal Ehtiyatlar gələn ay faiz dərəcəsini yüksəldərsə qızılın qiymətində kəskin düşüş ola bilər, əks halda isə yüksəliş olacaq. Hazırda qızılın qiyməti 1080 dolla ətrafındadır.
Risk barədə xəbərdarlıq və Öhdəlikdən imtina
Fərq müqavilələri maliyyə alətidir və qiymətlərin tez-tez dəyişmə ehtimalı olduğu üçün kapitalınız üçün yüksək riskə malikdir. Zərərlər sizin əmanətlərinizdən çox ola və sizdən əlavə ödəniş etməyiniz tələb oluna bilər. Bu maliyyə aləti bütün müştərilər üçün əlverişli olmaya bilər, ona görə də, potensial riskləri anladığınızdan əmin olun və müstəqil məsləhət alın. Bu material hər hansı maliyyə sənədi üzrə sövdələşmə üçün təklif və ya tələb xarakteri daşımır. Lider Forex bu şərhlər əsasında istifadə və onun nəticəsi ilə bağlı bütün öhdəliklərdən imtina edir. Bu məlumatların dəqiqliyi və ya tamlığı ilə bağlı heç bir zəmanət verilmir. Nəticədə, yaranmış bütün risklərlə bağlı öhdəlik şəxsin öz üzərinə düşür.