Dünən, 11 iyun 2015-ci il tarixində ABU ARENA idman kompleksində Bakı Banklararası Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə keçirilən banklararası “Bahar “ kuboku futzal turnirinin final mərhələsi başa çatdı. Güclü oyun nümayiş etdirən “Amrahbank”ın fufbol komandası rəqibini 8:3 hesabı ilə məğlub edərək çempion oldu. Çempion komandamızın rəqibi isə Muganbank komandası idi.
Qeyd edək ki, turnir ərzində komandamız üstün oyunu ilə seçilərək heç bir matçda məğlubiyyətə uğramadan final mərhələsinə qədər çatdı. Turnir zamanı "Amrahbank" komandasının kapitanı Rüfət Hüseynov 21 qolla turnirin bombardiri oldu və bu məqsədlə BBVB-nin xüsusi hədiyyəsi ilə təltif olundu.
Oyundan sonra çempion olmuş “Amrahbank” futbol komandasına turnir təşkilatçıları tərəfindən Turnirin birinciliyini təsdiq edən kubok təqdim olundu. Təqdimetmə mərasimində həm təşkilatçılar, həm də azarkeşlər çıxış edərək komandamızı qazandıqları qələbə münasibətilə təbrik etdilər, onlara uğurlar arzuladılar.
Qeyd edək ki, yarışda “Amrahbank”ın 200-dən çox əməkdaşı komandamıza dəstək məqsədilə azarkeşlik edirdi.
Çempion komandamıza gələcəkdə də daha yüksək zirvələri fəth etməyi arzu edirik!