(R) AGBank kartları “3D Secure” sisteminə qoşulur
19 yanvar 2015 17:58 (UTC +04:00)

(R) AGBank kartları “3D Secure” sisteminə qoşulur

0

2 Fevral  2015-ci il tarixindən etibarən AGBank-ın bütün müştəriləri avtomatik olaraq  “3D Secure” xidmətinə qoşulacaqdırlar.

Aparılacaq hər bir yeni əməliyyat zamanı  müştəriyə sms vasitəsilə yenilənmiş, xüsusi şifrə göndəriləcəkdir. Əldə edilmiş şifrəni Siz, internet ödənişləri zamanı istifadə edərək, əməliyyatlarınızı təhlükəsiz həyata keçirə bilərsiniz.

Bu sistem AGBank-ın bütün kartlarına (MC Virtual və Visa Virtuon istisna olmaqla) tətbiq olunacaqdır. Xüsusi şifrəni əldə etmək üçün  mütləq “SMS məlumatlandırma” (SMS Notification) xidmətinə qoşulmalısınız.

Bank, öz müştərilərinin hesablarının təhlükəsizliyini düşünərək bu sistemə qoşulmuşdur. Təqdim etdiyimiz yeni “3D Secure” sistemindən yararlanaraq bütün ödənişlərinizi təhlükəsiz və etibarlı həyata keçirin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar