“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı banklarından biri olan DəmirBank-ın xarici valyutada olan qısamüddətli reytinqini 'B' olaraq təsdiqləmişdir.
Son dəyişiklikdən sonra “Fitch Ratings” üzrə DəmirBank-ın göstəriciləri aşağıdakı kimidir:
Xarici valyutada uzunmüddətli IDR: 'B-', RWN
Xarici valyuta qısamüddətli IDR: 'B', RWN
Dayanıqlılıq reytinqi: ‘ccc’, RWN
Dəstək reytinqi: '5'
Uzunmüddətli IDR-in dəstək reytinqi: 'No Floor'
Qeyd etmək lazımdır ki, “Fitch Ratings” agentliyi son reytinq qiymətləndirilməsini apararkən DəmirBank-ın nizamnamə kapitalının 50 000 000 manat artırılması qərarını nəzərə alınmayıb. Bu qərar DəmirBankın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Kapitalın artırılması DəmirBankın uzunmüddətli dayanıqlı inkişafına xidmət etməklə yanaşı, reytinq göstəricilərinin də yaxşılaşmasına səbəb olacaqdır.
DəmirBank-ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149