"Bank Technique"in rəhbərliyində daha bir TƏYİNAT
02 noyabr 2015 11:22 (UTC +04:00)

"Bank Technique"in rəhbərliyində daha bir TƏYİNAT

0
"Bank Technique" ASC-nin İdarə Heyətinə daha bir təyinat baş tutub.

Bankdakı mənbədən "APA-Economics"ə bildirilib ki, İlham Bahadurov bankın İdarə Heyətinin sədrinin müavini təyin olunub.

 

Bundan öncə İ. Bahadurov uzun müddət ərzində adıçəkilən bankda müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri "Yeni Həyat" filialının direktoru olub.

 

"Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi formalaşmaqdadır. Hələlik, başqa təyinat yoxdur", - deyə mənbə bildirib.

 

Bankdan "APA-Economics"ə xəbəri təsdiqləyiblər.

 

Qeyd edək ki, bundan öncə "APA-Economics"in verdiyi xəbərə görə, Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Onun birinci müavini Samir Baxşəliyev təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar