[b]Nazir müavini: [/b]“Ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirlər zəruridir”
17 mart 2015 11:53 (UTC +04:00)

[b]Nazir müavini: [/b]“Ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirlər zəruridir”

0

 

 

Dünyada böhranların sıxlığının artması, əhatəsinin genişlənməsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi, əlbəttə Azərbaycanın da qarşısında çağırışlar qoyur.

 

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.

 

“Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”, - deyə nazir müavini bildirib.

 

S. Həsənova qeyd edib ki, mövcud şəraitdə görülən bütün işlərin, əldə olunan bütün nailiyyətlərin əhəmiyyəti dəfələrlə artır: “Eyni zamanda, qarşıda qoyduğumuz prioritetlərin də həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti də artır ki, biz öz amallarımıza, hədəflərimizə nail olaq, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyini artıraq, makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunun inkişafını təmin edək”.

 

S. Həsənova qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3 dəfə, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunu da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar