<b><span style="color:red;">Nazirdən təklif  - Dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan hesablansın</b>
14 sentyabr 2016 10:56 (UTC +04:00)

Nazirdən təklif - Dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan hesablansın

0

 

Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.

 

Bunu "APA-Economics"ə energetika naziri Natiq Əliyev bildirib.

 

Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar