<b>"Azəriqaz" "smart" sayğaclara balansı artırmaq üçün limit tətbiq edib</b>
03 dekabr 2016 11:18 (UTC +04:00)

"Azəriqaz" "smart" sayğaclara balansı artırmaq üçün limit tətbiq edib

0

"Azəriqaz" İstehsalat Birliyi (İB) "smart" tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev "APA-Economics"ə açıqlamasında bunu təsdiqləyib. Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ. Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.

 

"Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanmış və 200 manat məbləğində limit tətbiq olunub. Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar