<span style="color:red;">ARDNŞ-də ilk:  “Günəşli" yatağında nəhəng qurğu quraşdırılıb
19 avqust 2014 17:59 (UTC +04:00)

ARDNŞ-də ilk: “Günəşli" yatağında nəhəng qurğu quraşdırılıb

0

ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutu yenilik edib. Lent.az-ın məlumatına görə, bu həftə institutu layihəsi əsasında 12500 tonluq 7 saylı Dəniz Stasionar Platforması "Günəşli" yatağında 147 m dərinlikdə təyinat nöqtəsinə quraşdırılıb. Bu, ARDNŞ tarixində növbəti möhtəşəm uğurdur.

Layihənin özəlliyi ondan ibarətdir ki, monoblok adlanan stasionar platformaların layihələndirilməsi, barjaya yüklənməsi, nəqli, suya salınması və təyinat yerinə quraşdırılması sonuncu dəfə 1980-ci illərin sonunda layihələndirilsə də quraşdırılması baş tutmamışdı. 

 

 

Avqustun 15-də 7 Saylı DSP yüklənmiş STB-1 barjası sahildən ayrılaraq 20 saat məsafə (70 mil) qət etdikdən sonra "Günəşli" yatağında 160 metr dərinlikdə blokun suya salınma əməliyyatlarına başlanılmış və azırda proseslər tamamilə layihə üzrə davam etdirilir. İndi dayaq blokunun qrunta bərkidilməsi üçün svayların vurulmasını həyata keçirirlər.

 

 

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun baş mühəndisi, institut direktorunun birinci müavini Fazil Həsənov “İki sahil” qəzetinə bildirib ki, nüfuzlu neft şirkətləri belə işləri yerinə yetirmək üçün ixtisaslaşmış bir neçə şirkətin köməyindən istifadə edirsə ARDNŞ bütün bu əməliyyatları kənar təşkilatları cəlb etmədən öz gücü ilə yerinə yetirib: “Hətta “BP” kimi nəhəng şirkət belə bir əməliyyatı həyata keçirmək üçün 6-7 bahalı şirkətlə işləyirsə və bu işlərə yüz milyonlarla xərc çəkirsə, ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutu bu nəhəng işi öz layihəsi və müəllif nəzarəti ilə təkbaşına və ucuz yerinə yetirdi. Dünyanın böyük neft şirkətləri bizim bu işimizin nəticəsini heyranlıqla izləyirdilər. Onlar belə bir nəhəng işin Azərbaycanda reallaşacağını güman etmirdilər. Özülün "Günəşli" yatağında 147 metr dərinlikdə təyinat nöqtəsinə quraşdırılması ilə neftçilərimiz dünyaya, xüsusən də nüfuzlu neft şirkətlərinə öz peşəkarlıqlarını və neft sənayemizdəki tərəqqini bir daha göstərmiş oldular”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1541

Oxşar yazılar