““Bu kəmərlərin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcək”
25 aprel 2014 19:49 (UTC +04:00)

““Bu kəmərlərin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcək”

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış edib. APA-nın xəbərinə görə, dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan Avropa təsisatları ilə daha yaxından əlaqə qurmaq baxımından son 5 ili çox əhəmiyyətli hesab edir:

 

“Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olub. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir”.

 

Azərbaycan prezidenti iqtisadi sahədə biz çox işlər görüldüyünü deyib: “Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub, 3 dəfədən çox artıb. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz Ümumi Daxili Məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olub. Həmin vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs sammitindən 1 ay sonra 45 milyard dollar dəyərində Avropanın ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaq. Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcək. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaq. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1143

Oxşar yazılar