<font color=red>®</font> Azərbaycan Beynəlxalq Bankından “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə
16 iyul 2020 12:02 (UTC +04:00)

® Azərbaycan Beynəlxalq Bankından “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə

SOCAR-ın strateji tərəfdaşlarından olan Azərbaycan Beynəlxalq Bankı “SOCAR Polymer” layihəsinə 65 milyon ABŞ dolları həcmində dəstək verib. Bank bunu “SOCAR Polymer Investments” şirkətinin buraxdığı istiqrazları almaqla həyata keçirib. Azərbaycan Beynəlxalq Bankı “SOCAR Polymer”in istiqrazlarını almış 8 bank arasında ən böyük paya malik bank olub. Bu, “SOCAR Polymer”ə daha sərfəli maliyyə resursları hesabına layihə xərclərini azaltmağa şərait yaradacaq.

“SOCAR Polymer” son 40 il ərzində ölkəmizin neft-kimya sənayesində həyata keçirilən birinci belə layihədir. Azərbaycanın kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi daşıyan layihənin əsası 2013-cü ildən qoyulub. Şirkətin istehsalat obyektləri polipropilen  və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Zavodlar müvafiq olaraq 2018-ci və 2019-cu ildə istismara verilib. Proqnozlara görə, bu layihənin uğurlu nəticəsi Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcək.

Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ayrı-ayrı istehsal subyektlərinə bu cür dəstək tədbirlərinin davamlı xarakter daşıdığını qeyd edib: “Azərbaycan Beynəlxalq Bankı həm böyük istehsalçılar, həm də kiçik və orta sahibkarlıq müəssisələri ilə tərəfdaşlıq əlaqələrini getdikcə inkişaf etdirir. Biz real layihələrin maliyyələşdirilməsinə kömək göstərməyə hər zaman hazırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8152
avatar

Oxşar yazılar