Baş nazir:  "Süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülüb"
18 yanvar 2022 19:40 (UTC +04:00)

Baş nazir: "Süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülüb"

“Təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

Baş nazir bildirib ki, bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görülüb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırılıb.

# 1266
avatar

Oxşar yazılar