“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması Azərbaycanın güclü xalis kreditor mövqeyi ilə dəstəklənir.
Qeyd edək ki, hazırda “Moody's” Azərbaycanın kredit reytinqini “Ba2” səviyyəsində qiymətləndirir.