Sentyabrın 5-də prezident İlham Əliyev üçqat dünya çempionları - sərbəst güləşçi Hacı Əliyevin və boksçu Məhəmmədrəsul Məcidovun Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunmaları barədə Sərəncam imzalayıb.
Lent.az-ın azərtac-a istinadən məlumatına görə, Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilmiş güləş, Məhəmmədrəsul Məcidov isə Almaniyanın Hamburq şəhərində təşkil olunan boks üzrə dünya çempionatlarında qızıl medal qazandıqları üçün bu yüksək mükafata layiq görülüblər.