Terimin ilk transfer hədəfi: <span style="color:red;">Sneyder və Mor
26 dekabr 2017 18:21 (UTC +04:00)

Terimin ilk transfer hədəfi: Sneyder və Mor

0
 
“Qalatasaray”ın yeni baş məşqçisi Fatih Terim vaxt itirmədən transfer işlərinə başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssisin siyahısındakı ilk iki oyunçunun adına aydınlıq gəlib.
 
O, rəhbərlikdən “Selta”nın hücumameyilli oyunçusu Əmrə Mor və “cim-bom”un sabiq yarımmüdafiəçisi Uesli Sneyderin alınmasını tələb edib. Cari mövsümün əvvəlində İstanbul nəhəngi ilə vidalaşaraq “Nitsa”ya keçən ikinci futbolçu bu keçidə artıq razılıq verib. Fransa klubunda əsas heyətə düşə bilməyən hollandiyalı azad agent statusu almaq üçün “Nitsa” klubuna müraciət etməyə hazırlaşır.
 
Əmrə Mor isə “Selta”da çox az şans qazandığından, icarə əsasında oynaya biləcəyi bir komandaya yollanmağın əleyhinə deyil.
 
Qeyd edək ki, Əmrə Mor Türkiyə yığmasında, Uesli Sneyder isə “Qalatasaray”da Fatih Terimin rəhbərliyi altında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar