Rio olimpiadasında mübarizə aparacaq Böyük Britaniyanın reqbi yığması yarış başlamamış diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, britaniyalılar o qədər də populyar olmayan bu idman növünə sevgini artırmaq üçün fotosessiyada iştirak ediblər.
Yığmanın aparıcı oyunçuları Hiter Fişer, Kler Allen, Emmi Vilson-Nardi, Danille Votermen və Mikaela Staniford soyunaraq, fotoobyektivin qarşısına keçiblər. Onlar bu addımları özünəinam hissinin artırmağa və yarış vaxtı hansısa həyəcan keçirməmək üçün atdıqlarını açıqlayıblar.