Qəbələnin rəqibi heyətini açıqladı:<span style="color:red;"> Essien yoxdu
19 avqust 2015 13:32 (UTC +04:00)

Qəbələnin rəqibi heyətini açıqladı: Essien yoxdu

0

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” çoxdandı danışıq apardığı Mehdi Abedi transfer etməyə müvəffəq olub. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina klubu “Nyukasl”la hərtərəfli anlaşıb və bu keçid artıq rəsmiləşib.

 

Bu transfer “Panatinaikos”a 1 milyon avroya başa gəlib. Yeni klubu ilə 3 illik müqaviləyə qol çəkən Abed “Qəbələ” ilə sabahkı görüşdə meydançaya çıxa da bilər. Belə ki, yunanlar onu da Bakıya gətirmək qərarına gəliblər. Klubun əlcəzairli yarımmüdafiəçini sifariş etmək üçün bu gün gecəyə qədər vaxtı var.

 

“Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu hələlik Bakıdakı qarşılaşmada xidmətindən yararlanacağı 20 oyunçunun adını açıqlayıb. Onlar arasında Avropa Liqası üçün sifariş edilən Kostas Triantafillopulos, Serxio Sançes, Xristos Burbos, Maykl Essyen və Viktor Klonaridis olmayacaq.

 

Bakıya gələcək heyət

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos

Müdafiəçilər: 3. Diamantis Koçumis, 20. Statis Tavlaridis, 21. Nano, 4. Georgios Kotrumbis, 12. Nikos Marinakis, 25. Rasmus Telander

Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç

 

Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar