Qara Qarayev: "Bəxtimiz gətirdi"<span style="color:red;"> - MÜSAHİBƏ
02 oktyabr 2015 12:21 (UTC +04:00)

Qara Qarayev: "Bəxtimiz gətirdi" - MÜSAHİBƏ

0

Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu keçirən “Qarabağ” qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, “Anderlext”i 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu mərhələdə iştirak edən klublarımız arasında ilk ev qələbəsini qazanmaqla tarixə düşüb. Oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdizmi?

- Bilirdik ki, bizi asan oyun gözləmir. Evdə ilk qələbəmizi qazanmaq üçün mübarizə apardıq. Çətin də olsa, buna nail olduq. Azarkeşlərə bizi yalnız qoymadıqlarına görə təşəkkür edirəm. Komanda yoldaşlarım bir daha sübut etdilər ki, çox şeyə qadirdirlər. Göstərdik ki, toparlananda oynaya bilirik. Bunun ardını gətirməyə çalışacağıq.

 

- “Anderlext” gözlədiyiniz kimi oynadı?

- Əvvəla, biz evdə azarkeşlərimizlə birlikdə güclü oluruq və rəqiblərimiz üçün burda oynamaq çox çətin olur. Bu oyunda idman xoşbəxtliyi də tərəfimizdə idi. Çünki qapımız qarşısında çox təhlükəli epizodlar yaradıldı, amma qol olmadı. Bəxtimiz gətirdi. Bu qələbə bizdə başgicəllənməsi yaratmamalıdı. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq.

 

- Qələbə qazansanız da, oyununuz istədiyiniz kimi alınmadı. Səbəbi nə idi?

- Birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra məcburiyyətdən geriyə çəkildik. Çünki rəqib qol vurmaq istəyir, biz isə risk etmək istəmirdik. Futbolda bu normal haldı.

 

- Tez-tez top itkilərinə yol verirdiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

- Ola bilər. Futboldu, bu cür səhvlərdən qaçmaq olmur. Əsas odur ki, səhvlərin sayını azaldaq.

 

- Qazonun örtüyü necə idi?

- Dəmir altlıqlı butslarda meydana çıxsam da, yenə sürüşürdüm. Bu problem olsa da, əvvəlki vaxtlara baxanda qazonun durumu indi daha yaxşıdı. Hətta deyərdim, dəfələrlə yaxşıdı. Yəqin ki, növbəti oyunumuza qədər qazon daha yaxşı vəziyyətə gələcək. Yeni otun özünü tutması üçün zamana ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar