Futbol üzrə Topaz Premyer Liqasında XXX turunun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 5 oyunun heç birinə FİFA referisi baş hakim kimi təyinat almayıb.
Əvəzində “İnter” və “Neftçi” arasındakı paytaxt derbisi gənc referi Orxan Məmmədova tapşırılıb. Lider “Qarabağ”la autsayderlərdən olan “Rəvan” arasındakı görüş Alik Yunusova, daha bir autsayder “Sumqayıt”la “Simurq”un qarşılaşması Ömər Paşayevə, “Bakı” – “Xəzər Lənkəran” matçına Ramil Diniyev təyinat alıb. Təcrübəli referilərdən yalnız Fariz Yusifov baş hakim qismində oyun idarə edəcək. Bu, “Qəbələ” – AZAL matçıdır.
12 aprel (şənbə)
15:00. “Bakı” – “Xəzər Lənkəran”
“Bakı” klubunun təlim-məşq bazası stadionu
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov
17:00. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
Bakı, “Şəfa” stadionu
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
15:00. “Sumqayıt” – “Simurq” (Zaqatala)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov
18:30. “Qarabağ” (Ağdam) – “Rəvan” (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov
15:00. “Qəbələ” – AZAL (Bakı)
Qəbələ şəhər stadionu.
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.