[b]Nazir və yüzlərlə insan Bakı küçələrində velosiped sürdü<span style="color:red;"> - FOTOLAR [/b]
05 noyabr 2017 17:20 (UTC +04:00)

[b]Nazir və yüzlərlə insan Bakı küçələrində velosiped sürdü - FOTOLAR[/b]

0

Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir!” devizi altında veloyürüş təşkil edib.

 

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, DTX-nin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Velosiped Federasiyasının dəstəyi ilə keçirilən veloyürüş DTX-nin inzibati binası qarşısından başlayıb, Heydər Əliyev Sarayının qarşısında Heydər Əliyevin abidəsi önündə başa çatıb.

 

Ümumi marşrutu 12 km olan və DTX sədri Mədət Quliyevin də iştirak etdiyi veloyürüşə 300-dək velosipedçi qatılıb.

 

Aksiya iştirakçıları Heydər Əliyev abidəsi önünə əklil qoyublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar