Mbappe “PSJ”-yə keçməyə yaxındı - <span style="color:red;"><b>180 milyon avroya</b>
28 avqust 2017 00:23 (UTC +04:00)

Mbappe “PSJ”-yə keçməyə yaxındı - 180 milyon avroya

0

“Monako”nun hücumçusu Kilian Mbappe Fransanın “PSJ” klubuna  keçməyə yaxındı.

 

APA-nın BFM TV-yə istinadən verdiyi xəbərə görə, klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub.

 

Paris klubu futbolçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəməlidir.

 

Müqavilə imzalandıqdan sonra K.Mbappe braziliyalı Neymardan sonra futbol tarixində ikinci ən bahalı futbolçu ola bilər. Qeyd edək ki, “yay transfer "pəncərə"si avqustun 31-də bağlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar