"Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdi - <span style="color:red;">YENİLƏNİB
16 aprel 2014 17:55 (UTC +04:00)

"Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdi - YENİLƏNİB

0

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal matçı başa çatıb. Lent.az-ın məlumatına görə, "Qəbələ" "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə darmadağın edərək, finala vəsiqəni böyük ölçüdə təmin edib. Qolları 53-cü və 72-ci dəqiqələrdə Nizami Hacıyev, 59-cu dəqiqədə isə Viktor Mendi vurub. Saat 19:00-da daha bir ilk yarımfinal matçında "Neftçi" "Rəvan"ı qəbul edəcək. Oyun "Bakcell Arena"da baş tutacaq. Cavab görüşləri aprelin 24-də keçiriləcək.

 

***

 

17.33

"Qəbələ" böyük hesabla öndə

“Qəbələ” klubu “Xəzər Lənkəran”la keçirdiyi futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında fərqi daha da artırıb. Lent.az-ın məlumatına görə, 72-ci dəqiqədə Nizami Hacıyev özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:0.

 

***

 

17.21

"Qəbələ" daha bir qol vurdu

“Qəbələ” və “Xəzər Lənkəran” komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında daha bir qol vurulub. Lent.az-ın məlumatına görə, 59-cu dəqiqədə "Qəbələ"nin hücumçusu Viktor Mendi hesabı 2:0-a çatdırıb.

 

****

17.15

"Qəbələ" hesabı açdı

“Qəbələ” və “Xəzər Lənkəran” komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında hesab açılıb. Lent.az-ın məlumatına görə, 53-cü dəqiqədə yerli komandanın futbolçusu Nizami Hacıyev rəqib müdafiəsindəki anlaşmazlıqdan istifadə edərək, ilk qolu vurub.

 

***

16.49

 

“Qəbələ” və “Xəzər Lənkəran” komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçının birinci hissəsi başa çatıb. Lent.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

 

****

16.02

Futbol üzrə Azərbaycan Kubokunda “Qəbələ” və “Xəzər Lənkəran” arasında keçiriləcək ilk yarımfinal matçı üçün start heyətlər açıqlanıb. Lent.az-ın məlumatına görə, saat 16:00-da başlanacaq qarşılaşmada komandalar aşağıdakı futbolçuları sifariş ediblər:

 

“Qəbələ”: 1. Kamran Ağayev (k), 6. Volodimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev,
9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amid Quluzadə, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev

Baş məşqçi: Yuri Syomin

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 8. Dejan Blajevski, 11. Zohair Banouahi, 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov, 27. Adrian Skarlatake

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 30. Elias Ribeiro 

Baş məşqçi: Mustafa Denizli.

 

***

15.13

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal matçları keçiriləcək. Lent.az-ın məlumatına görə, saat 16:00-da “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edəcək.

 

Qəbələ şəhər stadionunda baş tutacaq oyunu gənc FİFA referisi Rəhim Həsənov idarə edəcək. Ona Yaşar Abbasov və Akif Əmirəli yan xətt, Ömər Paşayev ehtiyat, İnqilab Məmmədov və Elvin Əsgərov əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar.

 

Saat 19:00-da isə “Bakcell Arena”da “Neftçi” “Rəvan”ı sınağa çəkəcək. Bu qarşılaşma isə Rauf Cabbarova tapşırılıb. Namiq Hüseynov və Zeynal Zeynalov yan xətt, Fariz Yusifov ehtiyat, Ramil Əhmədov və Ramil Diniyev əlavə köməkçi hakim funksiyalarını yerinə yetirəcəklər.

 

Qeyd edək ki, artıq “Qarabağ” çempionluğu böyük ölçüdə təmin edib. Bu baxımdan, hər bir yarımfinalçı mövsümü titulla başa vurmaq üçün yalnız kuboka sahib çıxmalıdır. Topaz Premyer Liqasında mükafatçılar sırasına düşmə şansları isə “Rəvan”da tam, “Xəzər Lənkəran” və “Qəbələ”də isə xeyli azalıb. Sona 6 tur qalmış yarımfinalçılardan medallara yalnız “Neftçi” iddialıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2046

Oxşar yazılar