Fatih Terimdən Ardaya “ismarıc” - <span style="color:red;">FOTO
09 noyabr 2016 23:22 (UTC +04:00)

Fatih Terimdən Ardaya “ismarıc” - FOTO

0

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşacaq Türkiyə millisi hazırlıqları davam etdirib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın bugünkü məşqində qəribə hadisə baş verib.

 

Belə ki, mətbuat nümayəndələri üçün kollektiv şəkil çəkdirərkən bütün komanda bir yerə toplşasa da, baş məşqçi Fatih Terim kənarda durub.

 

Türkiyə mətbuatı iddia edir ki, onun bu hərəkəti Arda Turanın bir neçə ay əvvəlki hərəkətinə cavabdır.

 

Qeyd edək ki, Avropa çempionatının gedişatında məşqlərin birində komanda kollektiv şəkil üçün toplanmış, Arda isə forması ilə məşğul olurmuş kimi görünərək fotodan yayınmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar