Dünyanın ən bahalı klubları bəlli oldu - <span style="color:red;">SİYAHI
08 may 2014 12:13 (UTC +04:00)

Dünyanın ən bahalı klubları bəlli oldu - SİYAHI

0

Dünyanın tanınmış "Forbes" jurnalı dünyanın an bahalı futbol klublarının siyahısını açıqlayıb. Lent.az-ın xarici media istinadən verdiyi məlumata görə, bu siyahıya Madrid "Real"ı başçılıq edir. Belə ki, klubun dəyəri son mövsümdə 4 faiz artaraq 3,44 milyard dollar təşkil edib. İkinci yeri 3,2 milyard dollarla Madrid Realının əzəli rəqibi "Barselona" klubu tutur. Növbəti yerdə isə 2,81 milyard dollarla İngiltərənin "Mançester Yunayted " komandası qərarlaşıb.

 


Xatırladaq ki, ən bahalı klubların "20-liy"ində İngiltərəni 6, İtaliyanın 5, Almaniyanın 4, İspaniyanın 3 klubu yer alıb. Bu siyahıda Türkiyənin “Qalatasaray” klubu 347 milyon dollarla 16-cı yerdədir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1735

Oxşar yazılar