Dünya çempionu rəqib tanımır - <span style="color:red;">“Shamkir Chess 2014”
22 aprel 2014 10:42 (UTC +04:00)

Dünya çempionu rəqib tanımır - “Shamkir Chess 2014”

0

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə keçirilən “Shamkir Chess 2014” turnirində 2-ci tura yekun vurulub. Lent.az-ın məlumatına görə, azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov ağ fiqurlarla Teymur Rəcəbovla üz-üzə gəlib.

 

Görüş heç-heçə ilə nəticələnib – 0,5:0,5. Eyni nəticə italiyalı Fabiano Karuana ilə rusiyalı Sergey Karyakinin qarşılaşmasında da qeydə alınıb. Əvəzində norveçli dünya çempionu Maqnus Karlsen ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamuranı məğlub edib – 1:0. Bununla da Karlsen turnirdə ardıcıl 2-ci qələbəsinə imza atıb.

 

Şahmatçılar görüşləri haqda bunları deyiblər:

 

Teymur Rəcəbov: “Partiya iti başladı. Qaraların çıxışı sabit idi. Gedişlər vəziyyəti genişləndirirdi. Şəhriyarla bir-birimizə qarşı çox oynamışıq. İlk dəfə Azərbaycan çempionatında üz-üzə gəlmişik. Onunla uşaqlıqdan görüşürük. Statistikanı bilmirəm. Görüşlər nisbətinin kimin xeyrinə olduğunu heç vaxt saymamışam. Amma hər zaman maraqlı partiyalarımız olub”.

 

Sergey Karyakin: Qara fiqurlarla necə oynamağa əmin deyildim. Məntiqli gedişlər idi. Başqa gedişlər mümkün olsaydı, edərdim. İndiki halda heç-heçədən razıyam. Qələbə üçün gedişlər demək olar ki, yox idi. Nəticədən razıyam. Ona görə heyfsilənməyə dəyməz”.

Fabiano Karuana: “Qələbə şanslarım ötən gün olduğu kimi çox deyildi. Real olmaq lazımdır. Bir qədər üstünlük qazanmışdım. Amma sona qədər saxlaya bilmədim. Fikrimcə, turnir indi başlayır. Qarşıdakı partiyalar daha maraqlı olacaq. Sadəcə, mümkün qədər səhvsiz oynamaq lazımdır”.

 

Maqnus Karlsen: Debütdəcə üstünlük qazandım. Sonra vəziyyət daha da yaxşılaşdı. Rəqib artıq çıxış yolu axtarırdı. Ardıcıl ikinci qələbə çox yaxşıdır. Mən artıq rahat oynayıram. Şəmkirdə hər görüşdə qələbə qazanmaq istəyirəm. Yaxşı oynasam, hər bir şahmatçını məğlub edə bilərəm. Reytinqimin 2900-a çatmasına gəlincə - gəlin turnirin sonunu gözləyək. Ən son turda xalları və reytinqi sayarıq”.

 

Hikaru Nakamura: “Debütdən pis duruma düşdüm. Çətin vəziyyətdən çıxış tapmaq çətin idi. Statistikadan xəbərim var. İndiyədək Karlsenlə keçirdiyim 9 görüşün hamısında uduzmuşam. Sadəcə, oyunum alınmadı. Psixoloji durum burada rol oynamadı. Məğlub olmaq istəmirdim, amma təəssüf ki, uduzdum”.


Qeyd edək ki, 2 turdan sonra turnir cədvəlinə 2 xalla Karlsen başçılıq edir. Karyakin, Karuana və Rəcəbovun hərəyə 1, Nakamura və Məmmədyarovun isə hərəyə 0,5 xalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1320

Oxşar yazılar