<b>Budaq Nəsirovdan futbol tarixinə düşəcək hərəkət </b><span style="color:red;">- VİDEO
15 may 2017 12:08 (UTC +04:00)

Budaq Nəsirovdan futbol tarixinə düşəcək hərəkət - VİDEO

0

Millimizin üzvü, Portuqaliyanın “Sportinq” klubunun əvəzedici komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi hərəkətiylə gündəmə gəlib.

 

Lent.az komanda.az-a istinadən xəbər verir ki, Nəsirov rəqib komandaya penalti qazandırıb. Məsələ burasındadır ki, Nəsirov bunu meydandan kənarda olduğu vaxt edib. Belə ki, 41-ci tur çərçivəsində “Akademika” ilə evdə keçirilən oyunda isinmə hərəkətləri edən Budaq kənardan rəqibin hücumu zamanı topa müdaxilə edib. Nəticədə oyunun baş hakimi “Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqəylə cəzalandırılıb.

 

Oyun qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Budaq matçın 75-ci dəqiqəsində meydana daxil olub.

 

41 turdan sonra hesabında 54 xal olan “Sportinq B” 22 komanda arasında 14-cü yerdə qərarlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar