Azərbaycanlı baş məşqçinin səhhəti düzəlməyəcək - AÇIQLAMA
0
0
“Atamın ürəyi cəmi 20 faiz işləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevın vəziyyəti ağır olaraq qalmaqdadı. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunda irəliləyiş yoxdu.
Bu haqda danışan Rüstəm həkimlərin onlara ümid vermədiyini bildirib: “Vəziyyət həminki kimidi. Atam yenə reanimasiyadadı. Ordan çıxarıb, palataya köçürmək mümkün deyil. Çünki durumu yaxşılığa doğru dəyişməyib. Həkimlər deyir ki, irəliləyiş olmayacaq”.
0
0