Bakı-2019: Tennisçilərimiz fərdi yarışlarda çıxışlarını başa vurdular - FOTOSESSİYA
22 iyul 2019 15:21 (UTC +04:00)

Bakı-2019: Tennisçilərimiz fərdi yarışlarda çıxışlarını başa vurdular - FOTOSESSİYA

0
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları davam edir.
 
APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha iki tennisçisi korta çıxıb.
 
Fərdi yarışlarda qüvvəsini sınayan təmsilçilərimizin çıxışı uğursuz alınıb. Hər iki tennisçi mübarizəni 1/32 finalda dayandırıb.
 
Oğlanların yarışında Kənan Qasımov Alessio Basile (Belçika) ilə görüşdə rəqibinə müqavimət göstərsə də, 1 saat 47 dəqiqə sürən qarşılaşmada uduzub – 4:6, 5:7.
 
Qızların mübarizəsində isə Alina Hüseynova rəqibi Jülyet Bovi (Belçika) önündə aciz qalıb. O, 51 dəqiqə ərzində cəmi geym uda bilib – 0:6, 1:6.
 
Qeyd edək ki, bir gün öncə digər iki tennisçimiz Tamerlan Əzizovla Polina Drobişeva da mübarizəni dayandırmışdı. Amma onlar cütlərdə də yarışacaqlar. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar