Azərbaycan Premyer Liqasında mövsümün ən erkən qolu vurulub. Apasport.az saytının məlumatına görə, XIII turun “Kəpəz”lə səfər matçında “Qəbələ” hesabı 1-ci dəqiqədə açıb.
Meydan sahiblərini çempionatın bombardiri Baqali Dabo məyus edib. Bu, mövsüm ərzində ilk dəqiqədə vurulan yeganə qoldu.
Legioner hücumçu mövsümdəki 7-ci qolunu 26-cı saniyədə vurub.
Qeyd edək ki, bunadək ən erkən qollar 3-cü dəqiqədə Milan Duriç və Mirabdulla Abbasov vurmuşdu.