Azad Rəhimov FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə tanış olub
17 iyul 2019 15:46 (UTC +04:00)

Azad Rəhimov FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə tanış olub

0
 
 
İyulun 20-28-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaq. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növü bütün beynəlxalq standartlara cavab verən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında keçiriləcək.
 
FHN-dən Lent.az-a bildirilib ki, gənclər və idman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə yaxından tanış olublar. Onlar hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.
 
“Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun kompleksinin cəmi altı aydır, fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra idman tədbirləri keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-sağlamlıq klubunun arenasında keçirilməsi kompleksimizin yüksək beynəlxalq standartlara cavab verməsinin göstəricisi kimi fərəhləndirici bir haldır”, - deyə məlumatda qeyd olunub.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar