Azərbaycan Premyer Liqasının XVIII turunun “Sumqayıt”la “Qarabağ” arasında mərkəzi oyununu Rəvan Həmzəzadə idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma referinin cari mövsümdə 5-ci çempionat oyunu olacaq.
Onun idarə etdiyi əvvəlki 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. İki dəfə meydan sahibləri, iki dəfə isə qonaqlar quru hesaba seviniblər. Top fərqi isə səfərdə oynayanların xeyrinədi. Onlar 4, meydan sahibləri 3 qol vurub.