"Qarabağ"da daha bir CİDDİ İTKİ
14 dekabr 2014 12:11 (UTC +04:00)

"Qarabağ"da daha bir CİDDİ İTKİ

0

Avropa Liqasının qrup mərhələsinin Bakıda “İnter”ə qarşı keçirilən oyununda əzələsini dartan “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun zədəsinin ciddi olduğu müəyyənləşib. Lent.az-ın qol.az-a istinadən xəbərinə görə, o, bu gün “Qəbələ”yə qarşı keçirilən oyunda komandasına kömək edə bilməyəcək.

Nadirovun nəinki bu gün, eləcə də Premyer Liqada dekabrda “Xəzər Lənkəran” və “Sumqayıt”a qarşı keçiriləcək oyunları da buraxacağı dəqiqləşib. 

“Qarabağ”ın mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

V.Nadirovun yanvarın ortalarından məşqlərə başlayacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar