“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Lent.az klubun sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir ki, “Qarabağ” Con Delarjla yollarını ayırmaq qərarına gəlib. Konqolu hücumçu Con Delarjla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Delarj 19 matçda 3 qol vurub.