"Öz gücümüzə inanmalıyıq" - <span style="color:red;">Riçard Almeyda
14 avqust 2017 18:54 (UTC +04:00)

"Öz gücümüzə inanmalıyıq" - Riçard Almeyda

0

“Bizi asan oyun gözləmədiyini bilirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

 

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah “Kopenhagen”i qəbul edəcək.

 

Matçdan öncə keçirilən mətbuat konfransında Almeyda da iştirak edib. O, sabahkı matç barədə bunları deyib: “Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budu”. 

 

- Əksəriyyət əvvəlki kimi oynamadığınızı düşünür. Bunu yaş amili və ya Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirənlər var. Bu fikirlə razılaşırsızmı?

- Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar