<span style="color:red;">Soçi-2014:  İsgəndər Xəlilov da idmançılarımızı izləyəcək
14 fevral 2014 18:23 (UTC +04:00)

Soçi-2014: İsgəndər Xəlilov da idmançılarımızı izləyəcək

0

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında mübarizəyə fevralın 6-da start verilib. Lakin hələ Azərbaycan təmsilçilərindən heç biri yarışa başlamayıb.

 

İdmançılarımızdan ilk olaraq, fevralın 16-da fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikovadan ibarət duet buz üzərinə çıxacaq. Püşkə əsasən, cütlüyümüz buz üstündə rəqsin qısa rəqs bölümündə 24 iştirakçı arasında 13-cü start nömrəsi ilə mübarizəyə başlayacaq. Dağ xizəkçilərimizdən Qaya Bassani Antivari fevralın 18-də, Patrik Braxner fevralın 19-da mübarizəyə başlayacaq. Onlar slalom yarışlarına qatılacaqlar. Hələlik Antivari ilə Braxnerin rəqibləri məlum deyil.

 

Olimpiadada Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva Lent.az-a açıqlamasında idmançılarımızın hazırlıq prosesindən razılıq ifadə edib. O bildirib ki, fiqurlu konkisürənlərimiz və dağ xizəkçilərimizin məşqləri plana uyğun davam edir.

 

Nurullayevadan başqa Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev də hazırda Soçidədir. Nümayəndə heyətinin rəhbəri deyib ki, idmançılarımızın çıxışlarını gənclər və idman naziri Azad Rəhimovla ölkəmizdə qış idman növlərinə cavabdeh olan İsgəndər Xəlilovun da izləyəcəkləri gözlənilir. Hər iki şəxs fevralın 7-də keçirilmiş açılış mərasimində də Soçidə olub.

 

Qeyd edək ki, XXII Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 855

Oxşar yazılar