Aprelin 9-da Çempionlar Liqasında daha iki yarımfinalçılar müəyyənləşib.
Lent.az-ın məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunları aşağıdakı kimi başa çatıb.
9 aprel
“Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) - 1:0 (İlk oyun - 1:1)
Qol: Koke, 6
“Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 3:1 (İlk oyun - 1:1)
Qol: Manjukic, 59; Müller, 68; Robben, 78 - Evra, 57
8 aprel
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0
Qollar: Şürle, 32, Demba Ba, 87.
"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0
Qollar: Reus, 25 , 37.
Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini Di Maria vura bilməyib. Qapıçı Vaydenfeller zərbəni zərərsizləşdirib.
Yarımfinalın püşkatması aprelin 11-də keçiriləcək.