<span style="color:red;">Çempionlar Liqası:  Parisdə və Lissabonda ev sahibləri sevindi
17 fevral 2016 02:37 (UTC +04:00)

Çempionlar Liqası: Parisdə və Lissabonda ev sahibləri sevindi

0

Avrokuboklarda iki aylıq fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start verilib.

 

Parisdə keçirilən günün mərkəzi görüşündə PSJ “Çelsi”ni məğlub edib. İlk hissəsi bərabərliklə bitən qarşılaşmanın sonlarında fransızlar qələbə qolunu vura biliblər. Ancaq bu nəticə onları rahatlada bilməz. Belə ki, cavab qarşılaşmasında səfər qolunun üstünüyündən yararlanmaq londonlular üçün əlavə stimul olacaq.

 

 

Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olub. Ruslar səfər oyununda minimalhesablı məğlubiyyətlə dönüblər. Qarşılaşmdadkı yeganə qolu oyuna əlavə olunmuş dəqiqələrdə Xonas vurub.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

 

PSJ (Fransa) – “Çelsi” (İngiltərə) - 2:1

Qollar: İbrahimoviç, 39, Kavani, 78 - Obi Mikel, 45+1

 

 

“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) - 1:0

Qol: Xonas, 90+1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar