Futbol üzrə Topaz Premyer Liqasında XXVII turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, turun 5 qarşılaşmasından yalnız 1-dən meydan sahibləri qalib ayrılmağı bacarıb.
Bu, çempionatın lideri “Qarabağ” olub. Ağdam komandası Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdiyi autsayder “Sumqayıt”ı 6 dəqiqəyə 3 qolla darmadağın edib. Toplardan 2-nin müəllifi bombardir Reynaldo Silva olub.
Turun mərkəzi görüşü Qəbələdə eyniadlı komanda ilə “İnter” arasında baş tutub. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçda isə Mikel Alvaro “dubl” edib. “Bakı” Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyununa çıxan AZAL-ı səfərdə məyus edib. Paytaxt derbisində eyniadlı komandanın qələbə topunu “təyyarəçilər”in oyunçusu Joze Aylton öz qapısına vurub.
“İnter” və “Bakı” səfər qələbələri sayəsində “Qəbələ”ni turnir cədvəlində üstələyiblər. “Neftçi” isə “Rəvan”ı minimal hesabla yenərək, 2-ci pillədəki yerini qoruyub. “Xəzər Lənkəran” 6-cı pilləyə yüksəlmək üçün “Simurq”u yenməli olsa da, əksi baş verib. Lənkərandakı görüşdə qonaqlar daha inamlı təsir bağışlayaraq, 3:1 hesablı qələbəyə nail olublar.
Qeyd edək ki, 5 oyunda qapılara üst-üstə 16 qol vurulub. Onlardan cəmi 2-nin müəllifi azərbaycanlı futbolçu olub. Bunlar “Simurq”un müdafiəçisi Rəşad Eyyubov və “Neftçi”nin hücumçusu Ruslan Qurbanovdur.
23 mart (bazar)
“Qəbələ” – “İnter” (Bakı) – 1:4
Qollar: Viktor Mendi, 89 - Baçana Tsxadadze, 14. Mikel Alvaro, 46; 54/ Matiya Spiçiç, 57
AZAL (Bakı) – “Bakı” – 1:2
Qollar: Con Oluremi, 39 - Yure Travner, 30. Junior Ailton, 47 - öz qapısına
“Xəzər Lənkəran” – “Simurq” (Zaqatala) – 1:3
Qollar: Junior Nildo, 78 - Rəşad Eyyubov, 15. Stepan Polyak, 21. Anderson Oliveyra, 85
“Rəvan” (Bakı) – “Neftçi” (Bakı) – 0:1
Qol: Ruslan Qurbanov, 10
Qırmızı vərəqə: Mişel Balokoq, 71 (“Rəvan”)
“Qarabağ” (Ağdam) – “Sumqayıt” – 3:0
Qollar: Reynaldo Silva, 70; 72. Riçard Almeyda, 76
|
|
komanda |
o |
q |
h |
m |
t |
x |
|
1 |
Qarabağ |
27 |
17 |
7 |
3 |
50-14 |
58 |
|
2 |
Neftçi |
27 |
14 |
6 |
7 |
40-33 |
48 |
|
3 |
İnter |
27 |
13 |
6 |
8 |
41-31 |
45 |
|
4 |
Bakı |
27 |
13 |
6 |
8 |
43-29 |
45 |
|
5 |
Qəbələ |
27 |
13 |
5 |
8 |
37-28 |
44 |
|
6 |
Simurq |
27 |
10 |
9 |
8 |
30-20 |
39 |
|
7 |
XL |
27 |
8 |
10 |
9 |
28-38 |
34 |
|
8 |
AZAL |
27 |
6 |
8 |
13 |
26-40 |
26 |
|
9 |
Rəvan |
27 |
3 |
8 |
16 |
15-46 |
17 |
|
10 |
Sumqayıt |
27 |
2 |
7 |
18 |
16-47 |
13 |
Bombardir: Reynaldo (“Qarabağ”) – 15 qol.