<span style="color:red;">Bakı-2015 : Azərbaycan Almaniya ilə eyni qrupda
23 mart 2015 14:54 (UTC +04:00)

Bakı-2015: Azərbaycan Almaniya ilə eyni qrupda

0

Bakı-2015-in su polosu yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lixtenşteyndə baş tutan mərasimdə 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən kişilərdən ibarət Azərbaycan millisi B qrupunda gücünü yoxlayacaq. Komandamız Macarıstan, Almaniya və Rumıniya ilə münasibətinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi olmayacaq. Ev sahibi kimi yarışda iştirak hüququ qazanan, lakin Avropa Oyunlarına qatılması məqbul hesab olunmayan komandamızı Rusiya əvəzləyib.

 

Kişilər

A qrupu: İtaliya, Rusiya, Fransa, Ukrayna

B qrupu: Macarıstan, Azərbaycan, Almaniya, Rumıniya

C qrupu: Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə

D qrupu: Serbiya, İspaniya, Slovakiya, Malta

 

Qadınlar

A qrupu: Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya

B qrupu: İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, Serbiya

Qeyd edək ki, reqlamentə əsasən ilk pillələrin sahibləri birbaşa mərhələ adlayacaq. 2-ci və 3-cü yeri tutacaq komandalar isə digər qruplarda eyni yerlərin sahibləri ilə pley-off oynayacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar